Cümə, 05 İyul

"Aİ missiyası Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır" - Qaluzin

image

Avropa İttifaqının (Aİ) monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır.

Xəbər verilir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Əgər 2022-ci ildə İrəvan KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün tədbirlər kompleksinin həyata keçirilməsi təklifinə razılıq versəydi, Ermənistanın bu gün üzləşdiyi risklərin bir çoxu azaldıla bilərdi. Təəssüf ki, Ermənistan rəhbərliyi heç də dövlətin sərhədlərini qorumayan, “monitorinq” adı altında Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu", - deyə nazir müavini bildirib. 

Qaluzin vurğulayıb ki, KTMT məsələsində “söhbət ciddi təşəbbüslərdən, o cümlədən hərbi-texniki yardımdan, monitorinq missiyasının göndərilməsindən və sərhəd qoşunlarının hazırlanmasında köməklikdən gedirdi”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15